Olan olub kəçən keçib bəlkə də
Indi daha kövrəlməyin yeri yox .
ömrum boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar ,
Ürəyimdən gəlib keçdi sazaqlar ,
Atalıydı, analıydı uşaqlar ,
Bizim evdə biri vardı biri yox.
Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı .
Şalvar-pencək geyinirdi tay-tuşum
Mendə isə biri vardı biri yox.
Qəlbim yandı ilk sevgimdən eşqimdən ,
Dara düşdüm el ummadım heç kimdən,
Məclislərdə can deyib can eşidən ,
Dostlarımın biri vardı biri yox .
Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost penceyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox
Mən orduya nələr qoyub getmişdim ,
ürək alıb ürək qırıb getmişdim ,
İki qıza könül verib getmişdim ,
Qayıdanda biri vardi biri yox .
Uzaq gəzdi əmi, dayı, bibiler ,
Söz arası mənə evlən dedilər .
Nişan üçün iki şey istədilər ,
Mende ise biri vardı biri yox .
Vaxt gələcək bu günü görəcəksən ,
çox suala gözünü döyəcəksən ,
Vaxt gələcək sən özün deyəcəksən ,
Deyəcəksən, biri vardı, biri yox……
NÜSRET KƏSƏMƏNLİ
Not: Çok güzel ve anlamlı bir şiir paylaşmak istedim. Azerbaycanca ama anlarsınız sanırım 🙂
Elsevar
Anlamaz olarammi hec.Ela yazmisan,yurd yuvadan uzaq qalanlar anlar bu menali sozleri,Allah komeyin olsun qardashim,ne qeder de bizim dile,bizim adete yaxin olan olke de olsa insanin oz veteni shirindir!
10.04.2011, 0:25:47Mərdanoğlu
Həqiqətən də çox mənalı şeirdir…Çoxdandır oxumurdum…Tşk:)
10.04.2011, 1:19:05duygusal şiirler
Gardaş. Yüreğine sağlık. Menim özümde öyle şiirler yazıram. Pek yahşi oluf.
16.01.2014, 16:35:43Taner Kaya
Azerbeycan ve azerbeycan dili kardeş dilimiz , ellerinize sağlık
04.06.2017, 10:06:57